Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:59

Şəkidə minlərlə hektar əkin sahəsi yararsız hala düşüb


Şəkinin kəndlərdə rabitə sistemi, elektrik enerjisi artıq bərpa olunub, 30 Iyul 2006

Şəkinin kəndlərdə rabitə sistemi, elektrik enerjisi artıq bərpa olunub, 30 Iyul 2006

Son üç gündə Şəkidə yağan leysan yağışlar şəhərin baş su hövzəsini sıradan çıxarıb. Hazırda Şəkidə içməli su problemi yaranıb. Yerli sakinlər texnika və yardım gözlədiklərini deyirlər. Rayon İcra Hakimiyyəti Mülki Müdafiə Qərargahının rəisi Valeh Ələsgərovun dediyinə görə, içməli suyu kəndlərə maşınlarla daşıyırlar, ancaq problemin tezliklə həll olunacağına inanmırlar. Çünki texnika çatışmır.


Cənab Ələsgərov bildirir ki, rayonun ərazisindən axan Kiş, Şin və Daşağıl çaylarının eyni vaxtda daşması ciddi problem yaradıb: «Üç çay birdən daşdığından texnikanı hansı tərəfə yönəldəcəyimizi bilmədik. Qüvvəmiz də azdır».


Hazırda yağış kəsdiyindən çaylar öz məcrasına qayıdıb. Ancaq sakinlər deyirlər ki, çayların məcrasından çıxması hər an mümkündür, yağış başlasa, yenə hər tərəfi su basacaq, bəndlərin heç bir köməyi olmayacaq.


Valeh Ələsgərov isə söyləyir ki, onlar bəndləri möhkəm düzəltməyə çalışırlar. Sadəcə, texnika sarıdan korluq çəkirlər: «Fövqəladə Hallar Nazirliyindən vəsait xahiş olunur. Ağır texnikaya ehtiyac var».


Şəkidə baş vermiş təbii fəlakət minlərlə hektar əkin sahəsini yarasız hala salıb, xeyli mal-qara tələf olub. Yollar dağılıb. İsmayıllı-Qaraməryəm magistralının bir hissəsi sıradan çıxıb. Şəkidəki turizm mərkəzinə istirahətə gedənlər də daşqından əziyyət çəkib.


Valeh Ələsgərov deyir ki, artıq kəndlərdə rabitə sistemi, elektrik enerjisi bərpa olunub. Dağılan yollar düzəldilir. Nazirlər Kabinetinin mütəxəssisləri rayona dəyən ziyanı müəyyənləşdirirlər. Sinoptiklər isə avqustun 2-3-ündə yenə də qısamüddətli yağışlar yağacağını proqnozlaşdırırlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG