Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:20

Səid Nurinin xaricdə müalicəyə ehtiyacı var


«Yeni Fikir» Gənclər Təşkilatının sədr müavini Səid Nuri
«Yeni Fikir» Gənclər Təşkilatının sədr müavini Səid Nuri

«Yeni Fikir» Gənclər Təşkilatının sədr müavini Səid Nurinin valideynləri onun xaricdə müalicə olunması üçün Ədliyyə Nazirliyinə müraciət etməyə hazırlaşırlar. Hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunaraq beş il şərti cəza alan Səid Nurinin ölkəni tərk etmək ixtiyarı yoxdur.


«Yeni Fikir»in sədr müavini artıq bir həftədir ki, Respublika Hematologiya və Qanköçürmə İnstitutunda müalicə alır. O talassemiya xəstəliyindən əziyyət çəkir.


Səid Nuri: «Həkimlərin diaqnozuna görə, qanda parçalanma gedir. Qaraciyər funksiyasını yerinə yetirə bilmir. Ümid edirəm ki, nazirlik bu müraciətə müsbət cavab verəcək».


«Yeni Fikir»in sədri Ruslan Bəşirli və onun müavini Ramin Tağıyev də hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunaraq 4 ildən 7 ilədək azadlıqdan məhrum olunublar. Səid Nuri isə səhhətindəki problemlərə görə üç il sınaq müddəti ilə beş il şərti olaraq azadlıqdan məhrum edilib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG