Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:19

Belçikada Azərbaycan günləri keçiriləcək


Belçikada Azərbaycan Evi isə Azərbaycan günlərinin keçirilməsinə hazırlaşır. Tədbir Brüsseldə sentyabr ayında olacaq. Bu haqda «Azadlıq» radiosuna Belçikadakı Azərbaycan Evinin sədri Bülənt Gürçam məlumat verib


Kanada da mədəniyyət tədbiri


Kanada Azərbaycan Təşkilatları Federasiyası yeni layihəyə - «multikulturalizm» layihəsinə başlayıb. Layihə çərçivəsində bu günlərdə Koreya diasporu ilə birgə mədəniyyət tədbiri keçirilib.


Azərbaycanın tanıdılması üçün


Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti bu yaxınlarda Osaka Universitetində Azərbaycanın tanıdılması üçün seminar keçirib. Seminar Qafqaz-Xəzər Salonu adlı proqram çərçivəsində həyata keçirilir. Proqram barədə «Qlobusa» Azərbaycan-Yaponiya Dostluq cəmiyyətinin sədr müavini, bu ölkədə doktoranturada oxuyan Xaqani Məlikov danışıb.


Status gözləyən ailə…


«Qlobus»un növbəti qonağı Almaniyadandır. Həbib Müntəzir beş ilə yaxındır ki, Berlində yaşayır. Almaniyaya gəlişi isə atası Füzuli Abdullayevin siyasi problemləri ilə bağlı Azərbaycanı tərk etməsi olub. Yəni əvvəlcə Füzuli Abdullayev sığınacaq almaq üçün Almaniya hökumətinə müraciət edib, bir müddət sonra isə digər ailə üzvləri onun ardınca Azərbaycanı tərk ediblər. Həbib Müntəzir deyir ki, hazırda Almaniya hökumətindən status gözlədiyi üçün təhsilini davam etdirə bilmir.


Həbi Müntəzir bildirir ki, hazırda Azərbaycanlı bağlı bir neçə sayt yaradıb, bundan başqa ədəbi fəaliyyətlə məşğuldur.


DİNLƏYİN!


XS
SM
MD
LG