Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:00

«Gün Səhər»: «Tankımız xoda düşdü...»


«Yeni Müsavat» qəzetinin əməkdaşı yazır ki, mərhum Elmar Hüseynovun baş redaktor olduğu «Monitor» jurnalının səhifələrində iqtidarın əksər nümayəndələrinə qarşı kəskin tənqidi yazılara rast gəlinir. Jurnalda elə Fərhad Əliyevlə bağlı da materiallar çap edilib. Amma əks-nazir barədə «Monitor»da çap olunan yazıların heç birində onun Elmarın qətlini sifariş verməsinə səbəb olacaq məqama rast gəlinmir. Oxucular «Monitor» jurnalında Fərhad Əliyevlə bağlı dərc olunmuş materiallardan seçmələri «Yeni Müsavat»ın bugünkü sayında oxuya bilərlər.


«Gün Səhər» qəzetinin əməkdaşı «Tankımız xoda düşdü...» başlıqlı məqalədə Azərbaycanın hərbi büdcəsini təhlil edir. Müəllif yazır ki, Azərbaycanın hərbi büdcəsi hətta Ermənistanın ümumi büdcəsini üstələsə belə, bunun ordunun döyüş qabiliyyətinin artmasına gətirib çıxaracağına inam azdır. Çünki faktiki olaraq Azərbaycan artan büdcəni hərbi obyektlər tikməyə, yeni mərkəzlərin yaradılmasına, ucuz və köhnə modelli silahların alınmasına yönəldir. Kasıb Ermənistan isə daha müasir silahlara üstünlük verir. Bu vəziyyət ekspertləri də ciddi narahat edir. Onlar hesab edirlər ki, vəziyyətin belə davam etməsi Qarabağ probleminin Azərbaycanın xeyrinə həll imkanlarını məhdudlaşdırır. Odur ki, hökumət həm hərbi, həm də ümumiyyətlə, büdcə vəsaitlərinin xərclənməsi siyasətinə yenidən baxmalıdır.


«Şərq» qəzetindəki «Mi­sir Mər­da­nov mü­əl­lim­lə­ri ruh­dan sal­dı» başlıqlı məqalədə bildirilir ki, təhsil naziri Misir Mərdanov on­da mü­əl­lim­lə­rin əmək ­ha­qları­nın ar­tı­rıl­ma­sı ilə bağ­lı mə­lu­ma­tın ol­ma­dı­ğı­nı deyib. «Mən yal­nız onu bi­li­rəm ki, mi­ni­mum əmək­haq­qı ar­tı­rı­lan vaxt bu­nun mü­əl­lim­lə­rin əmək­haq­qı­na da tə­si­ri ola­caq. An­caq onu da de­yim ki, ha­zır­da Azər­bay­can­da 200 min nə­fə­rə qə­dər mü­əl­lim var. Və bu qə­dər in­sa­nın əmək­haq­qı­nı ar­tır­maq çox çə­tin iş­dir», – deyə nazir bildirib.


«Mərkəz» qəzetindəki «Qadınlara qarşı zorakılıq artır» başlıqlı məqalədə bildirilir ki, «Təmiz Dünya» Təşkilatının 2005-ci ilin mart ayından 2006-cı ilin martına kimi apardığı monitorinqin nəticələrinə əsasən, bu müddət ərzində qadınlara qarşı 145 ailədaxili zorakılıq halı baş verib. Onlardan 97-si qadınların ölümü, 68-i isə müxtəlif dərəcəli bədən xəsarəti almaları ilə nəticələnib. Araşdırmalar göstərir ki, ailədaxili zorakılıq hallarının əsas səbəbi qısqanclıqdır. Qadınların 84 nəfəri məhz qısqanclığın qurbanı olub. Onların 55 nəfəri öldürülüb, 29 nəfəri isə ağır bədən xəsarəti alıb.


XS
SM
MD
LG