Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:40

İranda həbs edilən üç Azərbaycan fəalı insan hüquqları təşkilatlarından yardım istəyir


Rəsmi İran qəzetində karikaturaların dərcinə qarşı etiraz aksiyası, Ərdəbil, 29 may 2006
Rəsmi İran qəzetində karikaturaların dərcinə qarşı etiraz aksiyası, Ərdəbil, 29 may 2006

Ərdəbil həbsxanasında saxlanılan üç Azərbaycan fəalı Məhbusların Hüquqlarını Müdafiə Cəmiyyəti və başqa insan hüquqları təşkilatlarına müraciət edərək yardım istəyiblər.


İyulun 28-də «Fərda» radiosuna müsahibə verən Beynəlxalq Böhran Qrupunun nümayəndəsi Fəzail Əzizan bildirib ki, iyunda karikaturalara qarşı etiraz aksiyaları zamanı Ərdəbildə tutulan bu məhbusların həyatı təhlükə qarşısındadır. Onun dediyinə görə, qanunsuz həbsinə qarşı etiraz olaraq aclıq elan edən Abbas Lisani üç gündür ki, ağır koma vəziyyətindədir. Ailəsinin dəfələrlə dövlət orqanlarına etdiyi müraciətlərə baxmayaraq, onun həbsxana xəstəxanasından başqa xəstəxanaya aparılmasına imkan verilməyib.


Abbas Lisani və digər azərbaycanlı məhbusların azad edilməsinə dair beynəlxalq insan hüquqları təşkilatları, o cümlədən «Amnesty International»ın müraciətlərinə İran hökuməti indiyədək cavab verməyib.


XS
SM
MD
LG