Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:45

BMT məcburi köçkünlərə yardımları daha iki il müddətinə uzadıb


BMT-nin Ümumdünya Ərzaq Proqramı azərbaycanlı məcburi köçkünlərə humanitar yardımları daha iki il müddətinə - 2008-ci il iyulun 1-dək uzadıb. Azərbaycanda səfərdə olan proqramın icraçı direktoru Ceyms Morris bildirir ki, qarşıdakı iki ildə 130 min məcburi köçkünə 15,6 milyon Amerika dolları dəyərində ərzaq yardımı göstərəcəklər: «Ümumdünya ərzaq proqramı 1994-cü ildən fəaliyyət göstərir. Bu müddət ərzində biz yarım milyondan çox məcburi köçkünə ərzaq yardımı göstərmişik. Növbəti iki il ərzində 70 faizi qadın və uşaq olmaqla 130 min məcburi köçkünə ərzaq yardımı göstərəcəyik».


Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə çadır şəhərcikləri və vaqonlarda yaşayan məcburi köçkünlərin yeni qəsəbələrə yerləşdirilməsini gələn ilin birinci yarısında başa çatdırmağı planlaşdırır. Artıq beş çadır şəhərciyi ləğv edilərək sakinləri yeni qəsəbələrə yerləşdirilib. Ağdam rayonunda salınan, 3860 evdən ibarət yeni qəsəbədə isə işlər avqustun sonunda yekunlaşdırılacaq və Bərdə və Ağcabədidəki çadir şəhərciyində yaşayanlar qəsəbəyə köçürüləcəklər.



XS
SM
MD
LG