Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:46

Rusiyadan verilən qaz hələ də bərpa olunmayıb


Rusiyadan Azərbaycana qaz nəqli hələ də bərpa olunmayıb. Bu ölkədən Azərbaycana qaz verilməsi iyulun 25-də dayandırılmışdı. «Azəriqaz» Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Kamandar Eyvazlının sözlərinə görə, Rusiya tərəfi bunun təmir işləri ilə bağlı olduğunu deyir, təmirinsə nə vaxt başa çatacağı məlum deyil. Bugünlərdə əhalinin qazla təminatında problem yaranmayıb. «Azəriqaz»da deyirlər ki, problem olarsa, Azərbaycan özünün ehtiyat anbarlarındakı qazdan istifadə edəcək.



XS
SM
MD
LG