Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:47

Ötən gün döyüş bölgəsində 19 yaşlı əsgər Murad Mahir oğlu Səmədov güllə yarası alaraq ölüb. ANS PRESS-in məlumatına görə, Xırdalandan həqiqi hərbi xidmətə çağırılan Murad Səmədovun meyiti bu gün doğulduğu Xırdalan şəhərinə gətirilir. Əsgər bu gün dəfn olunacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əsgər döyüş bölgəsində, N saylı hərbi hissədə olarkən, ehtiyatsızlıqdan avtomatdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb, araşdırma aparılır.

DAHA BİR İNSİDENT BEYLƏQANDA BAŞ VERİB

Daha bir silahlı insidentin isə Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən «N» saylı hərbi hissəsində qeydə alındığı bildirilir.

Əsgər, 1992-ci il təvəllüdlü Cavid Cəlil oğlu Məmmədovun avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində vəfat etdiyi deyilir. Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

C. Məmmədov Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılıb. /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG