Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:04

Ban Ki-moon Qarabağ münaqişəsi tərəflərini atəşkəsə çağırır


-

BMT Baş katibi Ban Ki-moon Ermənistan və Azərbaycan qüvvələrini atəşkəs rejiminə əməl etməyə və zorakılıqdan çəkinməyə çağırıb. Ban Ki-moon-un bəyanatında deyilir ki, o, Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.

BMT rəsmisi münaqişə tərəflərini atəşkəs sazişinə hörmətlə yanaşmağa, gərginliyi dərhal aradan qaldırmağa, zorakılıqdan çəkinməyə, o cümlədən münaqişənin qısa zamanda və sülh yolu ilə həllinə nail olmaq üçün dialoqu davam etdirməyə çağırıb.

Azərbaycan Müdafiə nazirliyi son günlər təmas xəttində 15 əsgərin, de-fakto Dağlıq Qarabağ rəsmiləri isə 5 əsgərin öldüyünü bildirib.

Bu arada Rusiya XİN Sergei Lavrov deyib ki, prezident Vladimir Putin bu həftə Soçidə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək.

XS
SM
MD
LG