Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:11

Hollivudun son 12 ayda ən çox qazanan aktrisası Sandra Bullockdır.

Forbes jurnalının avqustun 4-də açıqladığı siyahıya görə, Bullock bir ildə 51 milyon dollar qazanıb.

Sonrakı yerlərdə Jennifer Lawrence və Jennifer Aniston gəlir.

Hazırda 50 yaşı olan Bullock keçən ilki siyahıda 7-ci idi.

İkinci yerdə gələn 23 yaşlı Jennifer Lawrence bir ildə 34 milyon dollar qazanıb. O, keçən ilki siyahıda da ikinci yerdə idi.

45 yaşlı Aniston bu il 3-cüdür – 31 milyon dollar.

Sonrakı yerlərdə gələnlər - 41 yaşlı Gwyneth Paltrow 19 milyon dollar, 39 yaşlı Angelina Jolie 18 milyon dollar qazanıb.

Jolie keçən il birinci idi.

XS
SM
MD
LG