Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:19

ATƏT sədrinin xüsusi nümayəndəsi Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanat verib


ATƏT sədrinin xüsusi nümayəndəsi Andrzey Kasprzyk Dağlıq Qarabağdakı vəziyyətlə bağlı avqustun 4-də xüsusi bəyanat verib.

Bəyanatda deyilir ki, cəbhə xəttində çoxsaylı insdidentlər haqda məlumatlar narahatlığa səbəb olur.

“Hər ölüm ailələr üçün faciədir”.

Kasprzyk bildirir ki, səlahiyyətinə uyğun olaraq gərginliyi azaltmağa yardım edəcək.

Kasprzyk onu da vurğulayır ki, insidentlər barədə bütün məlumatlar ATƏT-in müvafiq qurumlarına verilib. Ancaq o əlavə edir ki, təmas xəttində aparılan monitorinqlər və ya onların ortaya çıxartdığı nəticələr barədə ictimai şərh verilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG