Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:11

Baş prokurorluq rəsmisi ağzını tikən sahibkarla görüşüb


-

Dünən (avqustun 3-də) Prezident Administrasiyası qarşısında aksiyaya cəhd edən sahibkar Elşad Məmmədov Baş Prokurorluğa çağırılıb. Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib. Elşad Məmmədovun söylədiyinə görə, baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşüb:

«Dünənki aksiyada polis gözümün altını göyərdib. Üç balamın qabağında məni qurbanlıq qoyun kimi maşına basdılar. Bu gün səhər zəng edib məni prokurorluğa çağırdılar. Rüstəm Usubov məni qəbul etdi. Başıma gələnləri bir-bir anlatdım, yenidən araşdırılma aparılması barədə tələbimi bildirdim. Rüstəm Usubov mənə kömək ediləcəyini və yaxınlarda bu barədə məlumat veriləcəyini dedi. Haqqın öz yerini tapacağına inanıram. Haqqım bərpa edilməsə, bu dəfə prezidentin evinin önündə aksiya edəcəyəm. Axı mənim qalmağa yerim yoxdur».

Elşad Məmmədov iki il yarım əvvəl İbrahim İbrahimovun (Hacı İbrahim Nehrəmli) sahibi olduğu «Avesta» Konserninə məxsus «Həsən-6» MTK tikinti şirkətinə 355 min manat ödəyərək, iki mənzil alıb.

Bir müddət sonra mənzillər onun əlindən alınıb. Sahibkar indiyədək bütün məhkəmə instansiyalarını keçib. Məsələ Ali Məhkəmənin plenumuna çıxarılıb və növbəti plenumda baxılması barədə qərar qəbul edilib.

Elşad Məmmədov mayın 18-də rayonda kirayə yaşadığı mənzildə ağzını tikərək, etiraz aksiyasına başlayıb. O, daha öncə video ilə müraciət edərək prezidentdən kömək istəyib.

Qazaxlı sahibkar Elşad Məmmədov avqustun 3-də üç uşağı ilə Prezident Administrasiyası qarşısındakı parkda aksiyaya cəhd göstərib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG