Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:57

Baş nazir tanınmış yazıçıların məktubuna cavab verdi


-

Britaniyanın baş naziri David Cameron tanınmış yazıçıların məktubuna cavab verib.

Julian Barnes, Salman Rushdie, Carol Ann Duffy və Alan Bennett də daxil olmaqla 40-a yaxın yazıçı məhbuslara mütaliə ilə bağlı qadağalar qoyulmasına etiraz etmişdilər.

Baş nazir öz cavabında onları əmin edib ki, hökumətin fikri senzura tətbiq etmək olmayıb.

Yeni qaydalarda məhkumlara “çöl”dən kiçik bağlamalar, o cümlədən kitablar göndərilməsinə məhdudiyyətlər qoyulur. Yazıçılar hesab edirlər ki, mütaliə məhkumun davranışına, reabilitasiyasına müsbət təsir edir və bu sahədə aparılan araşdrmaların nəticələrinə görə, onu yenidən cinayət törətməkdən çəkindirən faktorlardan sayılır. Eyni zamanda intihardan.

Cameron öz cavab məktubunda qeyd edir ki, bütün həbsxanalarda kitabxanalar var. Əgər məhkum istədiyi kitabı orada tapa bilməsə, kitabxana işçilərinə müraciət edə, onlar da həmin kitabı əldə etməyə çalışa bilərlər. Bundan başqa məhkumlar öz hesablarına da kitab sifariş edə bilərlər.

David Cameron
David Cameron

Cameron ədliyyə naziri Chris Grayling-in tətbiq etdiyi yeni qaydaları tam dəstəklədiyini bildirib.

Onun fikrincə, hər gün həbsxanalara gələn minlərlə bağlamanı (kitab və yüzlərlə başqa əşyanı) diqqətlə yoxlamaq çoxlu vaxt, enerji aparır. Yeni qaydalar həbsxanalara gizli şəkildə narkotik maddə keçirilməsini önləmə tədbiri kimi nəzərdə tutulub. Bir də pedofillərə pornoqrafik kitablar göndərilməsini önləmək üçün. Çünki həbsxanaya gələn kitabların məzmununu yoxlamaq da vaxtaparan bir prosesdir.

Baş nazirə göndərilmiş məktubun təşəbbüskarı Howard Liqasının rəhbəri Frances Crook-dur. Camerondan cavab məktubu da ona gəlib.

Crook baş nazirin cavabını “ciddi problemə bəsir reaksiya” adlandırıb. O deyir ki, problemin kökündə hökumətin həbsxanalara ayırdığı pulun azaldılması dayanır.

Crook yeni bir kampaniyaya da başlayıb.. O, ədliyyə nazirinə “Cinayət və cəza” romanını göndərib və qadağanın əleyhinə olanlardan xahiş edir ki, onlar da ədliyyə nazirinə bir kitab göndərsinlər.

The Guardian

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG