Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:49

Lavrov Qarabağ danışıqları barədə proqnoz vermək istəmir


Sergey Lavrov
Sergey Lavrov

-

Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİTA-SİTA agentliyinə müsahibəsində deyib ki, “ təmas xəttində baş verənlər narahatlıq doğurur. Tərəflər bir-birini təxribatları törətməkdə ittiham edir. Belə hallar əvvələr də olub. Təəssüf ki, artıq illərdir biz dövri olaraq gərginliyin artması hallarını müşahidə edirik, lakin bu dəfə bütün bunlar həssas qarşılanır və təqdim olunur. Xeyli sayda insan ölüb”.

Lavrov bildirib ki, həftəsonu (avqustun 8-9-u) Soçidə Rusiya prezidentinin Ermənistan və Azərbaycan prezidentləri ilə ayrı-ayrı görüşləri nəzərdə tutulub. “Onlar eyni vaxtda bir yerdə olanda, güman ki, Dağlıq Qarabağ haqqında söhbətsiz keçinmək mümkün olmayacaq. Lakin bunun necə təşkil olunacağı özümüzdən asılıdır. Əlbəttə ki, azərbaycanlı və ermənistanlı tərəfdaşlarımızla ATƏT-in Minsk qrupu tərəfindən etimad mühitinin möhkəmləməsi və münaqişə risklərinin azaldılmasına necə yardım edə bilməyimizi müzakirə edəcəyik”.

Lavrov deyib ki, münaqişənin nizamlanmasında istifadə olunacaq prinsiplərin yer alacağı siyasi bəyanatın qəbulu bölgədəki vəziyyətin normallaşmasına xidmət edə bilər: “ Bu vaxtadək xeyli cəhdlər olub və hər dəfə bizə elə gəlirdi ki, artıq çox vacib mərhələyə çatmışıq, lakin sonda buna nəsə mane olurdu. Ona görə də proqnozlar verməyəcəm”.

Nazir xatırladıb ki, bir müddət öncə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə etimad tədbirlərinin gücləndirilməsinin vacibliyi ilə bağlı razılıq əldə olunub. “Əgər atışma olursa, həmin an ölənlərin qaytarılması, əsirlərin mübadiləsi kimi məsələləri və hansısa əlavə addımları razılaşdırmaq lazımdır ki, təmas xəttindəki durum sabitləşsin”.

XS
SM
MD
LG