Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:39

Oğuz rayonu, Xaçmaz kəndində Oğuz Milli Parkının dağlıq ərazisində 1 ha sahədə qurumuş ağaclar və kol-kos yanır.

Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.

Nazirliyin məlumatına görə, yanğınsöndürmə texnikasının əraziyə cəlb olunması mümkün deyil, buna görə də alov əllə söndürülür.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, meşə təsərrüfatı 40 əməkdaşı, 10 kənd sakini yanğını söndürməyə çalışır.

Eyni zamanda Qəbələdə, Şahdağ Milli Qoruğunda da dünəndən başlayan yanğının söndürülməsinə cəhd göstərilir. Burda alovla mübarizəyə canlı qüvvə ilə yanaşı 1 helikopter də cəlb olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG