Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:17

Penitensiar Xidmət Yadigar Sadıqovla bağlı məlumat yayıb


Müsavat başqanının həbsdə olan müşaviri Yadigar Sadıqov

Müsavat başqanının həbsdə olan müşaviri Yadigar Sadıqov

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti avqustun 4-də Müsavat başqanının həbsdə olan müşaviri Yadigar Sadıqovla bağlı məlumat yayıb.

Xidmətin Qaynar.info saytının sorğusuna cavabında bildirilir ki, Yadigar Sadıqovun saxlanma yerinin gizlədilməsi ilə bağlı mətbuatda yayılan xəbərlər əsassızdır:

«Yadigar Sadıqovun saxlanma yeri barədə qanunvericiliyə uyğun olaraq ailə üzvlərinə məlumat verilib. Cəza çəkən şəxsin yaşadığı ünvana yaxın cəzaçəkmə müəssisəsində saxlanılması barədə qanunvericilikdə müəyyən olunmuş müddəaya bir qayda olaraq əməl edilir. Azadlıqdan məhrum edilmiş şəxsin qeydiyyatda olduğu ünvanla yanaşı, məhkumun cəzaçəkmə müəssisələri üzrə yerləşdirilməsi qanunvericiliklə Penitensiar Xidmətin səlahiyyətindədir».

Yadigar Sadıqovun Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquqşünas Elman Fəttah AzadlıqRadiosuna bildirib ki, avqustun 4-də Yadigar Sadıqovun saxlanma yeri ilə bağlı məlumat alıblar. Onun sözlərinə görə, məlumatı telefonla Penitensiar Xidmətin əməkdaşları verib:

«Zəng vurub dedilər ki, Yadigar Sadıqovu Qaradağ rayonu, Qızıldaş qəsəbəsindəki 14 saylı Cəzaçəkmə Müəssisinə(CÇM) köçürüblər. Biz Yadigar bəy haqqında məlumatın 2 gündən artıq gizlədilməsindən şübhələnirik. Vəkillər onunla görüşənədək şübhələrimiz davam edəcək. Ayrıca Yadigar bəyin onun yaşayış yerinə yaxın CÇM-ə yerləşdirilməsi qanunun tələbidir. Belə olanda o, ailə üzvləri ilə rahat görüşə bilərdi. Mən baş verənləri Yadigar bəyə qarşı psixoloji təzyiq sayıram».

Avqustun 3-də Yadigar Sadıqovun Hüquqlarının Müdafiə Komitəsi onunla bağlı məlumat yayıb. Məlumatda bildirilirdi ki, avqustun 2-də Yadigar Sadıqov Salyan rayonundakı «Xələc» CÇM-ə aparılma adı ilə Şüvəlan Təcridxanasından çıxarılıb. Məlumatda həmçinin bildirilirdi ki, onun əslində harada olduğu bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG