Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:25

Ayı qubalı fermerin qonağı olub


Quba rayonunda fermer Əziz Ələkbərova məxsus şəxsi təsərrüfatına ayı hücum edib.

APA xəbər verir ki, hadisə avqustun 3-dən 4-nə keçən gecə Quba-Xınalıq yolunun 52-ci kilometrliyindəki Cek kəndi ərazisində baş verib. Fermer Əziz Ələkbərovun verdiyi məlumata görə, ayı təsərrüfatın fəaliyyət göstərdiyi sahəyə girərək arı pətəklərinin bəzisini məhv edib.

«Gecə qonaqlarım gəlmişdi. Burada yer az olduğundan onları qoyub getdim evə. Qonaqlar gecə ayı gəldiyini görüblər. Silahları olmadığından çölə çıxmağa çəkiniblər. Ayı da gəlib bir qıraqdan yeşikləri dağıdıb, balı yeyib gedib».

Təsərrüfatın əməkdaşı Zəfər Əzizov isə hadisənin baş verdiyi gecə həyətdə hənirti eşitdiyini, amma ayıdan qorxaraq çölə çıxmadığını deyib.

«Gecə 5 radələrində ayının səsini eşitdim. Qaldığım yerin pəncərəsindən baxdım ki, ayı gəlib. Qorxdum, çölə çıxmadım. Səhərədək narahat yatdım. Oyananda gördük ki, ayı pətəkləri dağıdıb. Arıxanaya ciddi ziyan vurub».

20-yə yaxın arı ailəsini məhv edən ayı 4-5 kiloqram balı yeyərək, ümumilikdə, təsərrüfata 500 manata yaxın ziyan vurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG