Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:25

-

“Sabunçu rayonunda maye qaz qəhətə çıxıb”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə rayon sakinləri yazıblar:

“Səhər saatlarından qazı kəsiblər. Elə yerlər var ki, dünəndən qaz gəlmir. Xəbərdarlıq da etməyiblər”.

“TELEFONA DA CAVAB VERMİRLƏR”

“Qaynar xətt”ə zəng vuran Abşeron rayon sakini Süsən Xəlilova da eyni problemdən şikayətlənib:

“Onsuz da qazı tez-tez kəsirlər. Bu gün isə yerli-dibli yoxdur. Qaz idarəsinə zəng vururuq, telefona cavab verən də yoxdur. Bilmirik ki, bu vəziyyət nə vaxta qədər davam edəcək”.

“Azəriqaz” ASC isə bildirir ki, qaz nəqli sistemindəki ölçü qovşaqlarında quraşdırma işləri ilə əlaqədar olaraq hər iki rayonun bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər yaranıb. Müvəqqəti vəziyyət yaxın vaxtlarda aradan qaldırılacaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG