Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:53

Məşhur rejissor Stanley Kubrick-in sevimli filmləri


Stanley Kubrick
Stanley Kubrick

-

Amerika rejissoru Stanley Kubrick sevimli filmlərinin siyahısını bircə dəfə açıqlayıb. 1963-cü ildə. Kubrick sevimli 10 filminin adlarını yeni açılmış “Cinema” jurnalına demişdi (Həmin jurnal 1976-cı ildə nəşrini dayandırıb).

Onluq belədir:

1. “Anauşaqları" (Fellini, 1953)

Filmdə kiçik bir şəhərdə yaşayan 5 gəncin hekayəti anladılır. Onların uşaqlığı da, yeniyetməliyi də burda keçib.

Böyüsələr də, onlar özlərinə “ana uşağı” deyirlər.

Çünki bu kiçik şəhərdən baş götürüb getməyi çox arzulasalar da, bunu edə bilmirlər, çünki yaxınları burada yaşayırlar…

(Ardı aşağıda)

2. “Çiyələk talası” (Bergman, 1957)

78 yaşlı professor İsak Borqun elmi nailiyyətləri yüksək qiymətləndirilib, Borq gəlini Marianna ilə birlikdə, onun 50 illik fəaliyyətinin təntənəylə qeyd ediləcəyi Lunda yollanmağa hazırlaşır.

Artıq təyyarə biletləri də alınıb. Amma nəsə professoru öz səfər planlarına dəyişiklik etməyə məcbur edir. Onlar Lunda avtomobillə gedirlər.

Yolda onlar professorun bir zaman yaşadığı, boş qalmış evə baş çəkirlər. Bu ev professoru öz gənclik illərinə qaytarır. Bütün ömrü gözləri önündən keçir. Yolda baş verən müxtəlif hadisələr professorun gördüyü yuxularla çulğaşır. Bütün film boyu onun daxili monoloqları səslənir. Yolda gəlini ona şikayətlənir ki, əri tərsin, eqoistin biridir, yalnız özünü, karyerasını düşünür, yəni elə atasına oxşayıb... Bu və bəzi başqa hadisələr professorun düşüncəsində dəyişiklik edir, o sonda qərara gəlir ki, həyat tərzini dəyişsin... (Ardı aşağıda)

3. “Vətəndaş Keyn” (Welles, 1941)

1941-ci ildə çəkilmiş bu film mediamaqnat Keynin həyat hekayətini anladır.

Öncə cəmiyyətə xidmət ideyası ilə meydana atılan Keyn tədricən bütün gücünü öz eqosunun ehtiyaclarının ödənməsinə yönəldir. (Ardı aşağıda)

Kubrick-in siyahısındakı başqa filmlər:

4. “Syerra-Madrenin dəfinəsi” (Huston, 1948)

5. “Böyük şəhərin işıqları” (Chaplin, 1931)

6. “V Henri” (Olivier, 1944)

7. “Gecə” (Antonioni, 1961)

8. “The Bank Dick” (Fields, 1940)

9. “Roxie Hart” (Wellman, 1942)

10. “Cəhənnəm mələkləri” (Hughes, 1930)

Qeyd etmək lazımdır ki, Kubrick bu siyahını açıqlayanda otuzlarında idi və hələ ömrünün 36 ili qabaqda idi. Ona görə siyahını müəyyən mənada mükəmməl saymaq olmaz.

Məlumdur ki, Kubrick sonralar “Çiyələk talası”, “Vətəndaş Keyn” and “Böyük şəhərin işıqları” filmləri haqda eyni fikirdə qalsa da, bir xeyli başqa rejissor haqda da yüksək fikir söyləmişdi. Məsələn, David Lean, Vittorio de Sica və François Truffaut barədə.

Bundan başqa o düşünürdü ki, Kenneth Branagh-nın çəkdiyi “V Henri” Olivier-nin çəkdiyindən daha üstündür. Kubrick həm də Max Ophuls, Elia Kazan kimi rejissorlara heyranlığını dilə gətirmişdi.

Rövşən

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG