Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:18

-

Moskvanın «Krokus Siti Holl» səhnəsində keçiriləcək Vokalçıların Müslüm Maqomayev adına III beynəlxalq müsabiqəsinin konsertlərinə biletlər artıq satışa çıxarılıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, konsert oktyabrın 18-19-da keçiriləcək.

İki gün ərzində səhnəyə 9 ölkədən 15 gənc ifaçı çıxacaq.

İldən-ilə coğrafiyası genişlənən müsabiqədə bu il iştirak arzusu ilə müraciət edən 18 ölkədən 9-u seçilib.

Konsertlərə biletləri «Krokus Siti Holl»un kassalarından, www.crocus-hall.ru internet səhifəsindən, şəhərin «Ticketland.ru» kassalarından almaq olar.

M. Maqomayev adına Fondun təsisçisi bakılı iş adamı Araz Ağalarovdur.

Müsabiqənin əsasnaməsinə əsasən, «Qran-pri» mükafatına 30 min ABŞ dolları və laureat adı, 1, 2 və 3-cü mükafatlar üçün müvafiq olaraq qızıl, gümüş, bürünc medallar, eləcə də 25 min, 15 min, 10 min ABŞ dolları və laureat adları nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG