Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:18

Banqladeşdə 200 adam olan bərə batıb


Banqladeş
Banqladeş

-

Banqladeşin paytaxtı Dəkkədən 30 kilometr cənub-qərbdə, Padma çayında içində 200 adam olan bərə batıb.

Rəsmilər 40-dan çox adamın xilas olduğunu deyiblər.

Batanlar barədə dəqiq məlumat yoxdur.

Yerli polis deyib ki, bərə sərnişinlə həddindən artıq yüklənib.

Hazırda xilasetmə işləri davam edir.

XS
SM
MD
LG