Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:39

Qəbələdə meşə yanır


Fövqəladə Hallar Nazirliyi məlumat yayıb ki, rayondan 8 km aralıda yerləşən Tikanlı kəndi ərazisində, «Şahdağ» Milli Qoruğunda 3 ha sahədə xəzəl, kol-kos və qurumuş ağaclar alovlanıb.

Nazirlik bildirir ki, yanğın texnikaları həmin ərazilərə cəlb oluna bilmədiyindən, alovun söndürülməsi üçün helikopterdən istifadə edilir. O cümlədən, Dövlət Yanğından Mühafizə Xidmətinin, milli qoruğun 20-dən çox əməkdaşı və kənd əhalisi yanğını söndürməyə çalışır.

Bir neçə gün əvvəl Lerik meşələrində də yanğın baş vermişdi. 3-4 gün davam edən yanğın Lənkəran ərazisinə kimi yayılmışdı.

XS
SM
MD
LG