Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:54

XİN Avropa Birliyinin Leyla Yunusla bağlı bəyanatını rədd edir


Leyla Yunus
Leyla Yunus

-

Avropa Birliyinin bəyanatında deyilir ki, «Leyla Yunusun həbsi Azərbaycanda vətəndaş cəmiyyətini hədəfləyən və artmaqda olan məhdudiyyətlərin bir hissəsidir».

«BU CÜR BƏYANATLAR AZƏRBAYCANIN DAXİLİ İŞLƏRİNƏ QARIŞMAQDIR»

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqı rəsmilərinin həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusla bağlı bəyanatını «əsassız və qəbuledilməz» hesab edir.

Nazirliyin mətbuat xidmətinin avqustun 4-də yaydığı məlumatda Leyla Yunusla bağlı istintaq prosesinin qanuna uyğun aparıldığı bildirilir:

«Hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz. Konkret cinayət əməlləri törətməkdə ittiham olunan hər bir vətəndaş qanun qarşısında cavab verməlidir. İstintaq prosesi tam şəkildə qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılır. Leyla Yunusova digər ittihamlarla yanaşı, dövlətə xəyanətdə də ittiham olunur».

Məlumatda bildirilir ki, bu cür bəyanatlar Azərbaycanın daxili işlərinə qarışmaqdır:

«Bu tipli bəyanatlar məhkəmə sisteminin işinə müdaxilə, cinayət tərkibli əməllərin məqsədyönlü şəkildə siyasiləşdirilməsi cəhdləri kimi qiymətləndirilir və rədd edilir. Azərbaycana bu cür yollarla siyasi təzyiqin göstərilməsi tamamilə səmərəsizdir».

LEYLA YUNUSDAN BAKIYA XƏBƏRDARLIQ

Avropa Birliyi insan haqları fəalı Leyla Yunusun həbsinin ardınca bəyan edib ki, «Azərbaycan təşkilatla daha dərin münasibətlər istəyirsə, öz beynəlxalq öhdəliklərinə əməl etməlidir».

Avropa Birliyinin xarici işlər komissarı Catherine Ashton və Avropanın genişlənmə və qonşuluq məsələləri üzrə komissarı Stefan Füle-nin sözçüləri bildiriblər ki, «AB Azərbaycanla münasibətlərini dəyərləndirir. Lakin bu münasibətlər, Azərbaycan hazırda nazirlərinin komitəsinə sədrlik etdiyi Avropa Şurasına üzvlükdən doğan öhdəlikləri də daxil olmaqla, öz beynəlxalq öhdəliklərinə hörmət etmədən tam potensialına çata bilməz».

Leyla Yunus
Leyla Yunus

Həm Ashton, həm də Füle Azərbaycanda qeyri-hökumət təşkilatı olan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun həbsindən dərin narahatlıqlarını ifadə ediblər.

AB rəhbərlərinin bəyanatında deyilir ki, «belə görünür, Yunusun həbsi Azərbaycanda vətəndaş cəmiyyətini hədəfləyən və artmaqda olan məhdudiyyətlərin bir hissədir».

Sözçülər bildiriblər ki, AB insan haqları sahəsindəki vəziyyətdən son dərəcə narahat olduğunu Azərbaycanın nəzərinə çatdırıb.

Leyla Yunus barəsində vətənə xəyanət və başqa 5 ittihamla 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Onun həyat yoldaşı Arif Yunusa da oxşar ittihamlar irəli sürülüb. O, səhhətində problemlərə görə hazırda ev dustağıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG