Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:21

Çində zəlzələdə 400-ə yaxın adam ölüb, 2 minə yaxın yaralı var


Arxiv foto

Arxiv foto

Çində baş verən 6 ballıq zəlzələdə 400-ə yaxın adam ölüb, 2 minə yaxın yaralı var.

Ölkə prezidenti Xi Jinpingin göstərişi ilə dağıntılar altında qalanları xilas etmək üçün 2500-dən çox hərbçi, polis, yanğınsöndürən səfərbər olub.

Zəlzələ baş verən Yunnan əyalətinə minlərlə yataq, çadır göndərilib.

Amma aramsız yağış və torpaq sürüşməsi evsiz qalan adamlara yardım çatdırmağı çətinləşdirib.

Yerli medianın xəbərinə görə, 12 mindən çox bina dağılıb, 30 mindən çox tikili zərər görüb.

Elektrik və telekommunikasiya xətləri sırada çıxıb.

Çinin cənubunda tez-tez zəlzələlər baş verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG