Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:02

Politoloq Arif Yunus Facebook hesabını sındırmağa cəhd edildiyini bildirir:

«Bu gün Azərbaycanın xüsusi xidmət orqanları adımdan təxribat xarakterli məlumatlar yaymaq üçün Facebook-dakı hesabımı sındırmağa cəhd ediblər. Hələ ki bunun qarşısını ala bilmişəm.

Ancaq xəbərdarlıq etməyə tələsirəm: son günlər Azərbaycan hakimiyyəti mənə və qızıma problem yaratmağa, həmçinin İnternetdə poçtumu sındırmağa çalışırlar. Bəlkə də, buna nail olacaqlar.

Bəyan edirəm: mənim adımdan xüsusilə Qarabağ cəbhəsində son hadisələr fonunda təxribat xarakterli məlumatların və ya yazıların yayılmasına hazır olun. Azərbaycan hakimiyyətinin bu təxribatına uymayın».

Dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun işi üzrə iyulun 30-da zorla istintaqa aparılan Leyla Yunusa elə həmin gün dövlətə xəyanət də daxil olmaqla cinayət məcəlləsinin 6 maddəsi ilə ittiham irəli sürülüb və 3 aylıq həbs edilib. Onun həyat yoldaşı Arif Yunusa da oxşar ittihamlar irəli sürülüb. O səhhətində problemlərə görə hazırda ev dustağıdır. Onlar ittihamları qondarma və gülünc adlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG