Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:02

Kürün Qazax rayonu ərazisindən keçən hissəsində 4 nəfər batıb.

Qazax Rayon İcra Hakimiyyəti Aparatından APA-ya verilən məlumata görə, hadisə rayonun 1-ci Şıxlı kəndi ərazisində baş verib.

Rayonun Çaylı kənd sakini Civişov Tofiq Xaləddin oğlu ailəsi ilə Kür sayının kənarına gedib. Onun oğlu, 1998-ci il təvəllüdlü Rafiq Civişov ehtiyatsızlıqdan çayda batıb.

Anası, 1969-cu il təvəllüdlü Pərvanə Civişova onu xilas etmək üçün suya girib. Onun ardınca Tofiq Civişovun iki qızı, 1992-ci il təvəllüdlü Aytən Civişova və 1994-cü il təvəllüdlü Gülmirə Civişovada özlərini suya atıblar.

Ailənin bütün üzvləri çayda batıb, onları xilas etmək mümkün olmayıb.

Əraziyə gələn FHN-in «ARAN» Dalğıc Axtarış qrupu Pərvanə Civişovanın və onun oğlunun meyitini sudan çıxarıblar.

İki qızın axtarışları davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG