Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:30

Ərdoğan İlham Əliyevə başsağlığı verib


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan

Avqustun 3-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevə zəng edib, cəbhədə baş verən son hadisələr müzakirə olunub.

Bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Türkiyənin baş naziri Azərbaycan hərbi qulluqçularının həlak olması xəbərindən dərindən kədərləndiyini bildirib və bununla əlaqədar öz adından və Türkiyə xalqı adından İlham Əliyevə, Azərbaycan xalqına və həlak olanların ailələrinə başsağlığı verib.

Dövlət başçısı başsağlığına və göstərilən diqqətə görə baş nazirə və Türkiyə xalqına minnətdarlığını bildirib.

Söhbət zamanı İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı son günlər təmas xəttindəki vəziyyətlə bağlı məlumatlandırdığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG