Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:20

Rusiyada yaşayan iki ziyalı Leyla Yunusun hüquqlarını müdafiə komitəsinə qoşulub


Kinorejissor Rüstəm İbrahimbəyov

Kinorejissor Rüstəm İbrahimbəyov

Rusiyada yaşayan yazıçı Çingiz Hüseynovla kinorejissor Rüstəm İbrahimbəyov Leyla Yunusun hüquqlarının madafiə komitəsinə qoşulduqlarını bəyan ediblər.

Bu barədə Azadlıqradiosuna Milli Şuranın sədri Cəmil Həsənli məlumat verib. Şura sədrinin dediyinə görə, Çingiz Hüseynov bu barədə ona məktub göndərib.

Avqustun 1-də Milli Şuraya daxil olan ictima-siyasi təşkilatların iştirakı ilə Leyla Yunusun hüquqlarını müdafiə komitəsi yaradılıb.

Dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun işi üzrə iyulun 30-da zorla istintaqa aparılan Leyla Yunusa elə həmin gün dövlətə xəyanət də daxil olmaqla cinayət məcəlləsinin 6 maddəsi ilə ittiham irəli sürülüb və 3 aylıq həbs edilib. Hüquq müdafiəçisi ittihamları qondarma və gülünc adlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG