Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:47

Ukrayna separatçıları Rusiyanı qoşun göndərməyə çağırırlar


Ukrayna - Rusiyameylli separatçı vurulmuş Ukrayna tankı yanında. 22 iyul 2014
Ukrayna - Rusiyameylli separatçı vurulmuş Ukrayna tankı yanında. 22 iyul 2014

-

Ukrayna ordusu ölkənin şərqində Rusiyameylli separatçıların son ən böyük istehkamı olan Donetskə yaxınlaşdıqca, qiyamçılar qorxu və küyə düşməyə başlayıblar.

“The Guardian” qəzetinin müxbiri xəbər verir ki, hazırda Donetskin qərb həndəvərlərində şiddətli döyüşlər gedir.

Mühasirəyə düşmə ktəhlükəsi ilə üz-üzə qalan seprataçılar Moskvanı bölgəyə birbaşa Rusiya qoşunları göndərməyə çağırırlar.

Britaniya mətbuatı yazır ki, Rusiyameylli separatçılar sakinlərin və yerli bizneslərin ərzaq və avtomobillərini qarət etməyə başlayıblar.

“The Guardian” qəzetinin müxbiri xəbər verir ki, hazırda Donetskin mərkəzi hissəi boşdur, mağaza və restoranlar bağlanıb.

Ukrayna hökumət qoşunlarının əməliyyat sözçüsü Alexei Dmitrashkovsky Associated Press agentliyinə bildirib ki, bazar günü Ukrayna əsgərləri Donetsk yaxınlığında ələ keçirdikləri mövqeləri qorumaqda, separatçılar isə müqavimət göstərməkdə davam ediblər.

Donetsk şəhərinin qərb ətraflarında atışma və partlayış səsləri ara vermək bilmir.

“Ağır silahlanmış Rusiya sülhyaradanları”

Ukayna əsgərləri
Ukayna əsgərləri

Özünü Donetsk vilayətinin qubernatoru elan etmiş separatçı Pavel Gubarev Rusiyanı tez bir zamanda nizami qoşunların ıgöndərməyə, başqa sözlərlə Ukraynaya hərbi müdaxilə etməyə çağırıb.

Maraqlıdır ki, Gubarev “ağır artilleriya və tanklarla silahlanmış Rusiya sülhyaradıcıları” ifadəsini işlədib.

“Onda bu müharibə uzağı bir-iki günə qurtarar” – deyib “qubernator”.

Ukrayna və Qərb liderləri iddia edirlər ki, Rusiya Ukraynanın şərqində separatçılara dəstək verməkdə davam edir.

Moskva bu kimi iddiaları əsassız adlandırıb.

Bu da xəbər verilir kİ, son günlər şiddətlənmiş döyüşlərə görə beynəlxalq axtarışçılar Malayziya təyyarəsi qurbanlarının hələlik tapılmayan cəsədlərini yığa bilmirlər.

Hollandiya və Avstraliya ekspertləri ötən cümə axtarış apara biliblər. Axtarış zamanı MH17 təyyarəsi qurbanlarının qalıqları və şəxsi əşyaları aşkar edilib.

Qalıqlar qatarla Xarkova göndərilib.

Beynəlxalq ekspertlər qrupunun rəhbəri Pieter-Jaap Aalbersberg ötən şənbə bildirib ki, Hrabovo kəndindəki fermanın ətrafında axtarışlar başa çatıb və ind ikomissiya təyyarə qırıntılarının düşdüyü başqa yerlərə keçə bilər.

O bildirib kİ, bütün axtarış işləri üç həftəyə başa çata bilər.

XS
SM
MD
LG