Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:19

Cəbhə bölgəsi sakinləri: «Narahatlıq yaradan Bakıdan yayılan məlumatlardır»


Arxiv foto

Arxiv foto

-

Hazırda Ağdam rayonun Xındırıstan kəndində olan AzadlıqRadiosunun müxbiri cəbhə bölgəsinin həmin istiqamətində sakitlik olduğunu bildirir.

«Biz avqustun 2-dən burdayıq, həm gündüz, həm də gecə bir neçə kəndi gəzmişik. Ara-bir atşıma səslərini eşitmişik, hətta ara-sıra işıq saçan güllələr də atılır. Qaradağlı, Evoğlu, Baş Qərvənd, Mir Şelli kəndlərində güllə səsləri aydın eşidilir. Amma sakinlər deyirlər ki, atəkəs pozuntusu avqustun 1-ə keçən gecə daha güclü olub. Həmin gün iri çaplı silahlardan da atəş açılırmış. Evoğlu kəndi yaxınlığında zəmi yanırdı. Polislər həm əraziyə heç kimi buraxmırdılar. Ehtimal olunur ki, ya zəmi atışmadan yanıb, ya da Ermənistan tərəfdən yandırılıb, dəqiq bir söz deyilmir. Dünəndən fərqli olaraq, bu gün adamlar arasında təşviş az hiss olunmur. Adamlar söyləyirlər ki, narahatlıq yaradan Bakıdan yayılan məlumatlardır. Camaatın fikirincə, Bakıda məlumatlar elə təqdim olunur ki, sanki müharibə başlayıb, əslində isə elə deyil. Ən güclü atəşkəs pozuntusu belə adamlara adi gəlir».

AzadlıqRadiosunun müxbiri bildirir ki, ölkə medaisında və sosial şəbəkələrdə avqustun 3-də cəbhə bölgəsinə yaxın ərazilərdə Azərbaycan ordusuna məxsus qırıcı təyyarə və vertolyotların uçuşlar etdiyi barədə məlumatlar yayılsa da o, bu deyilənləri təsdiq edəcək halları müşahidə etməyib.

«Biz gecə bir neçə kənddə olduq. Sakinlər dedilər ki, bir vertolyot görüblər, deyilənə görə, o da əraziyə yaralıları aparmaq üçün gəlibmiş. Adamlar vəziyyətin deyilən qədər gərgin olmasına inanmırlar. Kənd sakinləri deyir ki, vəziyyət deyilən kimi gərgin olsa hökumət onları bölgədən təhlükəsiz yerə köçürməyə başlayar».

Günün bütün mövzuları

XS
SM
MD
LG