Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:02

Qazaxlı sahibkarın Prezident Administrasiyası qarşısında aksiyası...


Qazaxlı sahibkarın Prezident Administrasiyası qarşısında aksiyası...
Gözlə

No media source currently available

0:00 0:04:55 0:00

Qazaxlı sahibkarın Prezident Administrasiyası qarşısında aksiyası...

-

İki mənzili əlindən alınan və həmin mənzillərə görə ödədiyi 355 min manatı uzun müddətdir «Avesta» şirkətindən ala bilmədiyini deyən qazaxlı sahibkar Elşad Məmmədov avqustun 3-də ailəsi ilə birgə Prezident Administrasiyası qarşısındakı parkda aksiyaya cəhd edib.

4 ildir kirayədə qaldığını bildirən sahibkar yorğan-döçək ataraq parkda qalacağını deyib.

«Mən bütün nəyim var idisə hamısını satıb İbrahim İbrahimovun sahibi olduğu «Avesta» Konserninə məxsus «Həsən-6» MTK tikinti şirkətinə 355 min manat ödəyərək, iki mənzil almışam. Sonradan o mənzillər xəbərim olmadan əlimdən alınıb. Elə o vaxtan da kirayələrdə qalıram. Artıq yaşaya bilmirəm. Bu gün gəldim bir daha problemimi prezidentə çatdırım. Bəyan edim ki, bu gündən yorğan-döşək atıb prezident administrasiyasının qarşısındakı bu parkda yaşayacağam».

Elşən Məmmədov deyir ki, o bu addımı atmazadan əvvəl Zığdakı Narkoloji dispanserdə müayinədən keçirib.

«İndi istənilən adamı tutub üstünə narkotik ittihamı atırlar. Bunu nəzərə alaraq avqustun 2-də Zığdakı Narkoloji dispanserdə müayinədən keçdim. Əlimdə möhürlü, ştamplı sənəd var ki, mən narkoman deyiləm. Xəzərdə göydələnlər tikən «Avesta» şirkətinin prezidenti məni bu günə qoyub, ona heç kim bir söz deyə bilmir. Məhkəmələr hamısı onun xeyrinə qərar çıxarıb».

Bir müddət sonra əraziyə gələn polislər parka sərilən yorğan-döşəyi yığışdırıblar, Elşad Məmmədovu post patrul maşınına mindirərək bölməyə aparıblar.

Bundan əvvəl Elşad Məmmədov Qazax rayonunda kirayə qaldığı mənzildə ağzını tikərək aksiya keçirib.

«Avesta» şirkətində həmin şəxsin keçirdiyi aksiyalardan xəbərdar olduqlarını desələr də məsələyə şərh vermək istəməyiblər.

Prezident Administrasiyasının qarşısında aksiya keçirən qazaxlı iş adamı Səbail rayon polis idarəsinin 9-cu bölməsinə aparılıb.

«HARADA İSTƏYİR AKSİYA KEÇİRSİN»

«Avesta» Konserninin prezidenti İbrahim İbrahimli AzadlıqRadiosuna müsahibəsində qazaxlı iş adamına borclu olmadığını deyib.

«Mən qanuni yolla gedirəm. O, şəxs fırıldaqçıdır. Bütün məhkəmələrdə uduzub. İndi bir gün ağzını tikir, bir gün aksiya keçirir. Boş-boş işlərlə məşğuldur, özü bilər. Gedir harada aksiya keçirirsə keçirsin».

«GET, ALLAH KÖMƏYİN OLSUN!»

Prezident Administrasiyasının qarşısındakı parkda aksiya keçirdiyi üçün saxlanan qazaxlı sahibkar Elşən Məmmədov 4 saata yaxın Səbail rayon polis idarəsinin 9-cu bölməsində saxlandıqdan sonra sərbəst buraxılıb. Bu barədə AzadlıqRadiosuna sahibkar özü məlumat verib.

«4 saata yaxın bölmədə saxlandım. Üzləşdiyim bütün problemləri onlara danışdım. Amma məndən nə yazılı izahat alındı, nə də bölməyə gətirildiyimi qeydiyyata saldılar. Dedilər bir də belə hərəkət etmə. Mən dedim çöllərdə qalıram, necə öz hüququmu tələb etməyim. Məni bölmədən buraxanda dedilər ki, get, Allah köməyin olsun»

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG