Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:20

12 ildə Orduya yardım fonduna 57 milyon pul yığılıb


Arxiv foto
Arxiv foto

-

Avqustun 1-dək Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 57 milyon manatdan çox vəsait yığılıb. Bu barədə Müdafiə Nazirliyinə istinadla avqustun 3-də AzərTAc məlumat yayıb.

Silahlı Qüvvələrə Yardım Fondu 2002-ci il avqustun 17-də prezident fərmanı ilə yaradılıb.

Məlumata görə, fond Azərbaycan silahlı qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Fondun maliyyə mənbəyi Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməmiş digər daxilolmalardır.

XS
SM
MD
LG