Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:27

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Barack Obamanı ad günü münasibəti ilə təbrik edib.

Avqustun 3-də Azərbaycan pezidentinin rəsmi internet səhifəsində verilən təbrik məktubunda İlham Əliyev Azərbaycan ilə ABŞ arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edir.

«Bu gün qlobal təhdidlərə və terrorizmə qarşı mübarizədə, münaqişə ocaqlarında sülhyaratma missiyasında, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal əməkdaşlığımız münasibətlərimizə strateji tərəfdaşlıq xarakteri verib. Bu münasibətlərin davamlı və ardıcıl inkişafında Sizin xidmətləriniz böyükdür.

Biz həmçinin, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik» deyə təbrik məktubunda bildirilir.

Amerika Birləşmiş Ştatlarının sayca 44-cü prezidenti olan Barack Obama 1961-ci il avqustun 4-də doğulub. 2008-ci ildən prezident vəzifəsindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG