Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:00

BMT Baş katibi Ermənistan və Azərbaycanı atəşkəsə əməl etməyə çağırır

Ban Ki-moon münaqişə tərəflərini atəşkəs sazişinə hörmətlə yanaşmağa, gərginliyi dərhal aradan qaldırmağa, zorakılıqdan çəkinməyə, o cümlədən münaqişənin qısa zamanda və sülh yolu ilə həllinə nail olmaq üçün dialoqu davam etdirməyə çağırır

İyulun 31-dən avqustun 1-ə keçən gecə Ermənistan hərbçiləri Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Cəbhə xəttində atəşkəsin pozulması nəticəsində son 5 gündə azı 12 Azərbaycan hərbçisinin öldüyü bildirilir

Diqqət! Qarabağda və Ermənistanla sərhəddə baş verənləri daim yenilənən canlı bloqda izlə. Mətnin sonunda «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar

16:12 4.8.2014

AB-DƏN ÇAĞIRIŞ

Avropa Birliyi təmas xəttində və Azərbaycanla Ermənistan arasında dövlət sərhəddində son silahlı insidentlərdən və insan tələfatından dərin narahtlıq bildirir.

Avropa Birliyi avqustun 3-də verdiyi bəyanatda hər iki tərəfi dərhal atəşkəsə əməl etməyə çağırır.

Avropa Birliyi tərəfləri gücdən istifadədən çəkinməyə, münaqişənin sülh yolu ilə həllinə cəhdləri davam etdirməyə çağırır.

Davamı

XS
SM
MD
LG