Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:06

Qazaxın Məzəm kəndindən uşaqlar və mal-qara çıxarılır


Cəbhə xətti bir gün öncə... [Video]
Gözlə

No media source currently available

0:00 0:09:10 0:00

Cəbhə xətti bir gün öncə... [Video]

-

Quşçuayrım kənd sakini Nuru Tağıyev Qazağın sərhəd kəndlərindəki vəziyyət barədə AzadlıqRadiosuna danışır:

- İki gün öncə axşam saat 9-dan başlayaraq Məzəm kəndində bir gün güclü atışma oldu. Bizim hərbi hissələr cavab atəşi ilə qarşı tərəfi susdurdu. Məktəblərin dam örtüyü zərər gördü, amma itki olmadı. Qocaları, uşaqları, qadınları kənddən çıxarırlar. Kənddə kişilər qalıb. Mal-qarasını çıxaranlar da var.

- Sizə göstəriş veriblər, yoxsa sakinlər özləri kənddən çıxırlar?

- Aydın görünür ki, müharibədir, atışmadır. Körpə uşaqları kənddən uzaqlaşdırmalıyıq. Əli silah tutanlar onsuz da kənddədirlər.

- Həmişə atışma olub, bəs indi niyə çıxırlar kənddən?

- Son vaxtlar daha çox atırlar. 5-10 günə qədər belə deyildi.

Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev deyir ki, Məzəm və Quşçuayrım kəndlərində sakinlər evlərini tərk etməyib. Əlavə edir ki, iki gün öncə güclü atışma olduğundan bir neçə ailə təşvişə düşüb və kənddən uzaqlaşıb. Ancaq indi kənddə sakitlikdir.

XS
SM
MD
LG