Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:25

Böyük Britaniya Rusiya ilə münasibətlərə yenidən baxmağa çağırır


David Cameron və Vladimir Putin
David Cameron və Vladimir Putin

-

Britaniyanın baş naziri David Cameron Moskvanın NATO-nu «rəqib» kimi görməsini əsas gətirərək alyansı Rusiya ilə münasibətlərini yenidən gözdən keçirməyə çağırıb.

Gələn ay NATO-nun Britaniyada sammiti keçiriləcək.

David Cameron NATO-nun baş katibi Anders Fogh Rasmussen-ə ünvanladığı məktubda deyir ki, alyans öz üzvlərini potensial Rusiya hərbi təzyiqindən qorumaq üçün müdafiə imkanlarını artırmalıdır.

David Cameron-a görə, NATO Rusiyanın Ukraynada «qeyri-qanuni fəaliyyətindən» sonra Şərqi Avropada ayıq-sayıq olmalıdır.

Britaniya baş naziri yeni hərbi məşqlərin keçirilməsini təklif edir, NATO Cavab Qüvvələrinin 25 minə qədər artırmağı təklif edir.

Moskva Krımı işğal edəndən sonra NATO Rusiya ilə bütün əməkdaşlığını təxirə salıb.

XS
SM
MD
LG