Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:00

Azərbaycanın məşhur futbolçusu evində ölü tapılıb


Ələkbər Məmmədov

Ələkbər Məmmədov

-

Səbail rayon Polis İdarəsindən apa-ya verilən məlumatına görə, 39-cu Polis Bölməsinin yerləşdiyi binadakı mənzillərdən birində kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin 84 yaşlı Ələkbər Məmmədov olması müəyyən edilib.

İlkin ehtimala görə, mərhum üç gün əvvəl ölüb. Evdə heç kim olmadığından bu barədə xəbər tutan olmayıb.

Ə.Məmmədov Azərbaycanın məşhur futbolçularından olub. O, Bakının «Neftyanik», Moskvanın «Dinamo» komandalarında oynayıb. SSRİ-nin yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub. SSRİ yığma komandasının tərkibində 1958—1959-cu illərdə 4 oyun keçirib.

Ə. Məmmədov, həmçinin, Bakının «Neftyanik» komandasının, Azərbaycanın yığma komandasının məşqçisi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG