Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:13

Bakıda Beynəlxalq konfrans keçiriləcək


Arxiv foto
Arxiv foto

-

Payızda Bakıda «Sələflər və xələflər» mövzusunda Beynəlxalq konfrans keçiriləcək.

Oktyabrın 22-dən 25-dək Bakıda AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 və akademik Məmmədağa Şirəliyevin 105 illik yubileylərinə həsr olunmuş «Sələflər və xələflər» mövzusunda I Beynəlxalq konfrans keçiriləcək.

AMEA-nın yaydığı xəbərə görə, 2 ildən bir keçirilməsi planlaşdırılan konfransın əsas məqsədi türk dünyasının görkəmli dilçi alimlərini xatırlamaq və məşğul olduqları problemləri önə çəkməklə onları yeni nəslə tanıtmaqdır.

Xəbərdə deyilir ki, bu unudulmaz şəxsiyyətlərin adı ilə türk dünyasının müxtəlif nəsillərdən olan nümayəndələrini, xüsusilə gənc dilçi alimləri bir araya gətirmək, onları sələflərin elmi irsi ilə tanış etmək, təcrübə mübadiləsi aparmaq, beynəlxalq əməkdaşlığı genişləndirmək də konfransın məqsədləri sırasına daxildir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG