Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:32

-

Yazıçının uğuru nədən asılıdır? 1) Maraqli əsər yazmaq. 2) Əsərin çapına nail olmaq.

“Huffington Post” yazır ki, müasir dövrdə bu iki hədəfə mütləq və mütləq daha biri əlavə edilməlidir: Özünü tanıtmaq.

Bəzi yazarlar anadangəlmə utancaqdırlar. Bəziləri sırtıq görünmək istəmirlər. Bəziləri isə əsəri yazmaqla işini bitmiş sayır, öz “kahasına çəkilir” və istəyir ki, onu heç kim narahat etməsin.

Halbuki bu günkü kitab bazarında uğur qazanmaq üçün özünütəbliğ çox vacibdir.

Yazıçı bu fikri qəbul etməlidir ki, özünü tanıtmaq kitab yazmaq prosesinin tərkib hissəsidir. Səni nə qədər çox adam tanıyırsa, əsərindən nə qədər çox adam xəbər tutursa, kitabın satılması şansı bir o qədər artır.

Azərbaycandan fərqli olaraq dünyanın bir çox ölkələrində kitabın tanıtımı ilə nəşriyyatlar özü məşğul olur. Bir də kitab dərgiləri, saytları. Amma indiki qlobal böhran şəraitində onların təbliğata ayırdığı büdcə də azalır. Buna görə də yazıçı tanıtım işini yalnız nəşriyyatın ümidinə buraxmamalıdır. Digər tərəfdən nəşriyyatların müəlliflərdən gözləntisi budur ki, onların özləri də təbliğat işində iştirak etsinlər.

Ona görə də utancaqlığı, sırtıq görünmək qorxusunu bir kənara qoyub, qolları çırmalayıb işə başlamaq lazımdır. Axı sizin çəkinəcəyiniz bir şey də yoxdur. Əgər yaxşı kitab yazmısınızsa, onunla fəxr etməli və ürəklə başqalarına oxumağı məsləhət görməlisiniz. Nüfuzlu müsabiqələrə qatılın, mükafat qazanmağa çalışın, yazdığınız əsər barədə pozitiv xəbərlərin satışa yalnız köməyi dəyə bilər. Əsərlərinizin nüfuzlu dərgilərdə çapına cəhd edin.

Müxtəlif təşkilatlarla əlaqə saxlayın, fikirləşin ki, yazdığınız əsərin mövzusu onlardan hansı üçün maraqlı ola bilər. Oraya gedib kitabınızın imza mərasimini keçirin, kitabınızdan parçalar oxuyun.

Sosial şəbəkədəki hesabınızı fəaliyyətsiz qoymayın, yeniləyin, əsərlərinizi paylaşın, oxucularınızla kontaktlar qurun. Yazıçı saytları müasir dövrdə yazıçıların İnternetdəki “biznes-kart”ına çevrilməkdədir.

Paulo Coelho

Paulo Coelho

Bu mənada Paulo Coelho, Charlaine Harris, J.K. Rowling, Stephen King və başqalarından nümunə götürün.

Coelho-nun təkcə Facebook-da 21 milyon fanı var, amma “nəyimə lazımdı, onsuz da kitablarım satılır” demir, hətta Facebook-dakı hesabında oxucuları arasında yarışmalar da keçirir, qalibləri şam yeməyinə dəvət edir.

Xüsusən də əgər imza mərasimləri, əsərlərinizi oxumaq kimi işlərdə utancaqsınızsa, Twitter-də, Facebook-da virtual ünsiyyət məhz sizin üçündür.

Özünütəbliği zəhlətökənliklə qarışdırmayın. Əlbəttə, əgər təkrar-təkrar “Kitabımı alın” deyəcəksinizsə, bunu etməyənləri borclu çıxardacaqsınızsa, sizin haqqınızda müsbət rəy yaranmayacaq. Özünütəbliğlə çox təvazökarcasına da məşğul olmaq mümkündür. Hansısa mükafata namizədliyinizin irəli sürülməsi, yeni kitabınızın çap tarixi barədə elanlara kim nə deyə bilər ki…

Günün bütün mövzuları

XS
SM
MD
LG