Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:19

-

Dünya kinosunda, qrim sənətində mühüm xidmətləri olan amerikalı Dick Smith 92 yaşında vəfat edib.

Bu həmin Smith-dir ki, 2012-ci ildə fəxri “Oscar” mükafatına layiq görülmüşdü.

Qrim işində maye lateksdən geniş istifadə olunması onun adıyla bağlıdır. Bu, klassik qirmləmədən fərqli olaraq aktyorların görünüşünü tanınmaz dərəcədə dəyişməyə imkan verirdi. Bu gün də geniş istifadə edilir.

Məsələn, “The Exorcist”də məsum yeniyetməni (aktrisa Linda Blair) ruhuna cin-şeytan hakim olan qorxunc məxluqa çevirən Dick Smith olmuşdu. (Ardı aşağıda)

Francis Ford Coppola-nın “Xaç atası”, Martin Scorsese-nin “Taksi sürücüsü” filmlərindəki qrim də onun əl işidir.

O, Milosh Forman-ın “Amadeus” filmində aktyor F. Murray Abraham-ı (Salieri rolunda) 30 yaş "qocaltmışdı". (Ardı aşağıda)

“Kəsilmiş” qolu maye latekslə necə “yerinə tikirlər”?

Burda bax

Günün bütün mövzuları

XS
SM
MD
LG