Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:02

«Rauf Mirqədirovun işi ilə bağlı pozuntular hələ də aradan qaldırılmayıb»


Jurnalist Rauf Mirqədirov

Jurnalist Rauf Mirqədirov

-

Nəsimi rayon məhkəməsi jurnalist Rauf Mirqədirovun işi ilə bağlı pozuntuları hələ də aradan qaldırmayıb.

Bu barədə AzadlıqRadiosuna jurnalistin vəkili Elmar Süleymanov məlumat verib.

Vəkil bildirir ki, iyulun 15-də Nəsimi məhkəməsi iclasda yol verilmiş çoxsaylı pozuntuları məhkəmə protokolunda əks etdirmədən Rauf Mirqədirovun həbsinin 4 ay uzadılması barədə qərar qəbul edib.

«Müdafiə tərəfi Nəsimi məhkəməsinin bu qərarının əsaslılığının və qanuniliyinin yoxlanılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinə şikayətlə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi bu pozuntuları aradan qaldırmaq məqsədilə işi Nəsimi məhkəməsinə geri qaytarıb. Lakin buna baxmayaraq, Nəsimi məhkəməsi hələ də bu pozuntuları aradan qaldırıb işi şikayətlə birlikdə geriyə Bakı Apellyasiya Məhkəməsinə göndərməyib».

Vəkil hesab edir ki, əslində 3 gün müddətində apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair məhkəmə iclasını keçirməli və qərar qəbul etməlidir.

Elmar Süleymanov bununla Rauf Mirqədirovun azadlıq hüququ pozulduğunu bildirir.

«Ayna»-«Zerkalo» qəzetlərinin Türkiyə təmsilçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib və dövlətə xəyanət ittihamı ilə həmin gün Bakıda həbs edilib. Milli Təhlükəsizlik Nazirlyinin istintaq təcridxanasında saxlanılan jurnalist ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG