Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:28

Frans Press Azərbaycan tərəfdən 14 nəfərin həlak olduğunu bildirir


Frans Press agentliyinin verdiyi məlumata görə, avqustun 1-nə keçən gecə Dağlıq Qarabağ yaxınlığında Azərbaycan və erməni hərbi qüvvələri arasında döyüş olub.

Agentlik yazır ki, Azərbaycanın müdafiə nazirliyi intensiv atışma olduğunu desə də, Azərbaycan tərəfdən neçə nəfərin həlak olduğunu bildirmir, ancaq Ermənistanın müdafiə nazirliyinin yüksək rütbəli rəsmisi Frans Pressə deyib ki, Azərbaycan 14 əsgərini itirib.

Azərbaycanın APA agentliyi 8 əsgərin həlak olduğunu bildirir.

Frans Pressə adının çəkilməməsi şərtilə müsahibə verən erməni rəsmisi deyib ki, Azərbaycanın sabotaj qrupları Dağlıq Qarabağ ərazisinə girmək istəyib və pusquya düşüb.

Həmin rəsminin sözlərinə görə, Azərbaycan tərəfdə çoxlu yaralanan var, erməni tərəfdə isə itki yoxdur.

Ancaq Azadlıq Radiosunun Erməni xidmətinin Dağlıq Qarabağdakı, necə deyərlər, müdafiə nazirliyinə istinadla xəbər verir ki, erməni tərəfdən 2 əsgər ölüb. Onların adları da açıqlanır. Məlumatda deyilir ki, erməni hərbi birləşmələri Azərbaycan tərəfdən çoxlu miqdarda silah və texnika ələ keçirib. Məlumata görə, hazırda həmin döyüş olan əraziyə erməni qüvvələri nəzarət edir.

XS
SM
MD
LG