Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:46

-

Hüquq müdafiəçisi Rəsul Cəfərov iyulun 31-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 6 saat dindirilib.

Bu barədə o, öz Facebook profilində yazıb.

Rəsul Cəfərov bildirib ki, o, bir sıra yerli və xarici QHT-lərə qarşı açılmış cinayət işi üzrə şahid qismində dindirilib və bütün suallara cavab verib:

«Bundan sonra mənzilimdə axtarış apardılar. Axtardıqları heç bir sənəd mənzilimdə yox idi. Amma axtarış apardılar. Axtarışdan sonra istədikləri sənədlərin bir qismini saxlamağa verdiyim qohumlardan götürüb Baş Prokurorluğa təqdim etdim».

Rəsul Cəfərov yazır ki, gizlədəcəkləri heç nə yoxdur:

«Maliyyə vəsaitləri açıq şəkildə hesaba daxil edilib, hesabdan da açıq şəkildə çıxarılıb. Zəruri olan bütün maliyyə sənədlərimiz var. Mütəmadi olaraq fəaliyyətimiz barədə məlumat veririk. Fəaliyyətimiz müntəzəm və geniş şəkildə KİV-də işıqlandırılır. Biz sırf hüquq-müdafiə işi ilə məşğuluq və işlərimizi davam etdirəcəyik».

Ötən ay Rəsul Cəfərovun bank hesabına həbs qoyulub, ayın 25-də ölkədən çıxması yasaqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG