Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:36

7 ayda Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda 50 hərbçi ölub, 98 nəfər yaralanıb.

Bu statistikanı avqustun 1-də «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi yayıb.

Mərkəzin məlumatına görə, itkilərin 10-u döyüş, 3-ü mina partlayışı, 37-si isə qeyri-döyüş itkiləridir.

Bundan başqa, 10 nəfər avtoqəza, 1 nəfər naməlum səbəbdən, 6 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 2 nəfər bədbəxt hadisədən (suda boğulma, elektrik cərəyanı), 7 nəfər xəstəlikdən vəfat edib. 11 nəfər intihar edib (asma, güllələmə, intihar). İtkilərin 42-si Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 2-i Daxili Qoşunların, 3-ü Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə, Mərkəz bildirir ki, onların 21-i qeyri-nizamnamə hadisələrindən, 8-i intihara cəhddən, 15-i Ermənistan tərəfin atdığı güllələrdən, 9 nəfər mina, 3 nəfər qumbara partlayışı, 2 nəfər təlimdə, 37-si avtoqəza nəticəsində, 2 nəfər bədbəxt hadisədən yaralanıblar. 1 nəfər zəhərlənib.

Yaralanan və xəsarət alanların 83 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 7 nəfər Daxili Qoşunlar, 7 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar. Həmin dövrdə 1 hərbi çağırışçı avtomobil qəzasında həlak olub.

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, 7 ay ərzində Azərbaycanın 10 mülki vətəndaşı Ermənistan silahlılarının atdığı güllədən yaralanıb, 2 nəfərsə həlak olub. Bundan başaqa 2 mülki vətəndaş Ermənistan tərəfindən girov götürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG