Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:23

Atom bombası atan sonuncu pilot da öldü


«Enola Gay» adlı B-29 model taktik təyyarə
«Enola Gay» adlı B-29 model taktik təyyarə

-

ABŞ və Yaponiya mediası İkinci Dünya Savaşının sonlarına doğru Yaponiyaya atom bombası atan «Enola Gay» təyyarəsinin pilotu, 93 yaşlı Theodore Van Kirk'ün ölümündən yazıb.

Həyatının son dönəmlərini Georgia ştatındakı Park Springs qocalar evində keçirən «Alman» ləqəbli Kir'ün dəfn mərasimi Xirosimaya bomba atılan günə ertələnib. Bomba atılan gün saat fərqi nəzərə alınanda ABŞ-da avqustun 5-ə təsadüf edir (Yaponiyada avqustun 6-a). Mərasim Pensilvanyanın Northumberland şəhərində və mediaya qapalı gerçəkləşdiriləcək.

Atom bombasını attığı zamanlarda 24 yaşında olan Kirk «Enola Gay» adlı B-29 model taktik təyyarədən yararlanıb. «Enola Gay»in 12 heyət üzvündən biri olan Kirk indiyədək yaşayan son pilot idi.

1945-ci ildə Tokio vaxtı ilə gecə saat 2-yə 15 dəqiqə qalmış Xirosimaya atılan atom bombası 140 mindən çox insanın ölümünə yol açmış və minlərcə sakin yaralanmışdı. Radiasiya izləri uzun illər təsirini saxlamışdı. Dünya tarixində ilk olan bu atom bombasından 3 gün sonra ikinci zərbə Naqasaki şəhərinə vurulmuş və nəticədə 70 min nəfər həlak olmuşdu.

Enola Gay
Enola Gay

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG