Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:35

Roma papasının ən sevimli filmi


Roma papası Francis
Roma papası Francis

-

Bu film Francis-in özünün tolerant düşüncəsi ilə çox səsləşir. Hətta allaha inanmayanlara da mərhəmətlə yanaşmaq...

Roma papası Francis müasir, yenilikçi, tolerant bir ruhani kimi tanınır. Onun sənətə olan münasibəti də dözümlülük və şəxsi seçimə hörmət prinsipinə əsaslanır. Katolik nəşrlərə verdiyi son müsahibələrin birində Papa sevdiyi kino, musiqi, rəssamlıq nümunələrindən danışıb.

RƏSSAMLIQ

Papanın, rəsmlərinə heyran olduğu sənətkarlardan biri də italiyalı Caravaggio-dur. (16-17-ci əsrlərdə yaşayıb yaratmış bu rəssam homoseksual idi və naturaçı kimi küçə qadınlarından istifadə edirdi).

Carvaggio daha çox Bibliya mövzularında çəkirdi.

Papa həmişə deyir ki, "Allah bizi azad yaradıb. Buna görə də insanın mənəvi aləminə müdaxilə etmək olmaz". (Ardı aşağıda)

sa Məsihin həbsi. Caravaggio-nun çəkdiyi rəsm
sa Məsihin həbsi. Caravaggio-nun çəkdiyi rəsm

OPERA

Müsahibə qlobal böhran üzərinə gələndə jurnalist Papadan soruşub ki, xristianın öz tanrısı qarşısında nikbin olmaq kimi borcu, öhdəliyi varmı? Papa deyir ki, nikbin olmaq sadəcə, bir insani hissdir. Allah insana ümid adında ali bir dəyər bəxş edib. Bu yerdə Papa Puccini-nin "Turandot" operasından sitat gətirir. Operada cavab axtarılan tapmacalardan biri də belədir: o nədir ki hər səhər ölür, hər gecə yenidən dirilir? - Ümid!

MUSİQİ

Papa klassik musiqiyə qulaq asmağı xoşlayır, xüsusən də Bax, Motsart və Bethovenə. Amma onun, musiqi əsərlərinə heyran olduğu bəstəkarlardan biri də alman Richard Wagner-dir.

Halbuki Wagner xristianlıqla bağlı çox mübahisəli fikirlərin müəllifidir. O deyirdi ki, İsa Məsih yəhudi yox, yunan olub, Tövratla İncilin heç bir əlaqəsi yoxdur, yəhudilərin allahıyla xristian allahı fərqlidir... (Ardı aşağıda)

KİNO

Francis müsahibəsində deyir ki, Argentinada orta məktəbdə ədəbiyyat dərsi deyərkən öz şagirdlərinin yazılarını yazıçı Jorge Luis Borges-ə göndərirmiş. (Borges-in köməkçisi Francis-ə piano dərsi keçirdi).

Papa daha sonra kino mövzusuna keçir. Məlum olur ki, o, neorealist italyan filmlərini çox xoşlayır. O filmlər ki, Hollywood filmlərindən fərqli olaraq insanların ruhunu qidalandıran təsirli hekayətlər danışır. Papa deyir ki, onun sevimli filmi Federico Fellini-nin "Yol"udur. Bu, sirk artisti, ağırlıqqaldıran Dzampano ilə onun gənc köməkçisi Celsominonun sevgi dramıdır. Dzampano qızı yeniyetməykən pul verib anasından alıb. Onlar bir yerdə İtaliyanı gəzirlər. Filmin axırı faciə ilə bitir.

Papa deyir ki, o, uşaq vaxtı Anna Magnani və Aldo Fabrizi-nin çəkildiyi bütün italyan filmlərinə baxıb. Xüsusən də Fabrizi-nin keşiş rolunu oynadığı "Roma: açıq şəhər" filmini sevir (Rejissor - Roberto Rossellini). 1945-ci ildə ekranlara çıxmış bu film İtaliya paytaxtının nasistlər tərəfindən işğalından bəhs edir. Keşiş Don Pietro İtaliya müxalifətinə kömək edir, müqavimət hərəkatının ateist, kommunist üzvü ilə yaxşı münasibətləri var. Nasistlər keşişi həbs edir, amma sındıra bilmirlər. Nasist müstəntiq ona deyir ki, "Sən elə bir adama kömək edirsən ki, heç allaha da inanmır". Keşişsə cavab verir ki, "Mən katolik keşişiyəm. Mən inanıram ki, ədalət və azadlıq uğrunda mübarizə aparan hər kəs allahın yoluyla gedir. Allahın yolları çoxdur". (Ardı aşağıda)

Bu sözlər Francis-in özünün tolerant düşüncəsi ilə çox səsləşir. Hətta allaha inanmayanlara da mərhəmətlə yanaşmaq...

Bu düşüncədə olan insanın abort və homoseksuallığın əleyhinə olsa da, abort edənlərə, homoseksuallara qarşı radikal fikirlərdən uzaq olması təsadüfi deyil.

The Guardian

Hazırladı R.Qəmbərov

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG