Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:01

-

“Televizoru söndürün!”

“Bazar günü işləməyin!”

Roma papası Francis Argentinanın “Viva” nəşrinə müsahibəsində, onun qənaətincə, xoşbəxtliyə qovuşmağın 10 sirrini açıqlayıb:

1. “Yaşa və yaşat!” Hamı həyatda məhz bu prinsipi rəhbər tutmalıdır. Papa xatırladıb ki, italyanlarda da buna oxşar deyim var: “Özün də qabağa get, başqalarının da qabağa getməsinə şərait yarat”.

2. “Əliaçıq ol” Başqalarını da düşün. Çünki insan özünə qapananda eqosentrik olur. Papa xatırladıb ki, “Su da bir yerdə qalanda iylənir”.

3. “Səbrli ol”. Papanın fikrincə, istənilən işi görəndə emosiyasız, sakit davranmaq lazımdır.

4. “Sağlam istirahət”. Papa düşünür ki, müasir dünyada istehlak mədəniyyəti, qaçaqov insanlarda daimi narahatlıq hiss yaradıb. Onun valideynlərə məsləhəti budur ki, işim çoxdu deməsinlər, uşaqları ilə keçirməyə vaxt tapsınlar və yemək yeyəndə televizoru söndürsünlər.

5. Bazar günü – ailənindir. Həmin gün işləmək lazım deyil, insan həmin günü ailəsi ilə birgə keçirməlidir

6. Gənclər üçün layiqli iş yerləri yaratmağın innovativ, yenilikçi yolları tapılmalıdır. “Biz gənclərə münasibətdə kreativ olmalıyıq. Əgər onlara belə imkan yaradılmayacaqsa, narkotikə qurşanacaqlar, intihar qarşısında daha zəif olacaqlar”.

7. “Təbiətə qayğı ilə yanaş!” Papa düşünür ki, insanlar özünə bu sualı verməkdən yayınır: Məgər bəşəriyyət təbiətdən ağına-bozuna baxmadan, yekəxanalıqla istifadə etmirmi?

8. “Neqativ olmağa son qoyun!” Başqalarının dalınca danışmaq insanın özünə hörmət hissinin aşağı olmasından xəbər verir. Çünki insan özü yüksələ bilməyəndə başqalarını aşağılayır.

9. “Başqalarının inancına hörmət et!” Papa düşünür ki, insan başqasının inancına yuxarıdan aşağı baxıb onu öz inancından döndərməyə çalışmamalıdır. Əgər öz dinindən olan insanların sayının artmasını istəyirsənsə, elə işlər tut ki, onları cəlb edə biləsən, daha onları öz dinindən döndərməyə çalışma.

10. “Sülh üçün çalış!” Papa xatırladır ki, müasir dövrümüzdə dünyada çoxlu sayda müharibələr gedir. Buna görə sülhə çağırışlar daha ucadan səslənməlidir.

The İndependent

Günün bütün mövzuları

XS
SM
MD
LG