Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:52

«Azadlıq» qəzetinin çapı dayandırıldı


«Azadlıq» qəzetininin redaktor müavini Rahim Hacıyev

«Azadlıq» qəzetininin redaktor müavini Rahim Hacıyev

-

İyulun 31-də «Azərbaycan» nəşriyyatı «Azadlıq» qəzetini çap etməkdən imtina edib. Bu barədə AzadlıqRadiosuna qəzetin redaktor müavini Rahim Hacıyev məlumat verib.

«Bu gün nəşriyyat bizə xəbərdarlıq etdi ki, qəzetin nəşriyyata borcu ödənilmədiyindən «Azadlıq»ı çap edə bilməyəcək. Bizim «Azərbaycan» nəşriyyatına 20 min manatdan artıq borcumuz var. Amma bu bizim günahımızdan deyil, qəzetimizi satan «Qasid» mətbuat yayımı firmasının günahı üzündən yaranan borcdur. Beləki bu firma illərdir bizdən qəzet alıb satır, 70 min manatdan çox pulumuzu vermir. Dəfələrlə «Qasid»in qarşısında aksiyalar keçirmişik, amma xeyri olmayıb. Nəticədə biz də nəşriyyata olan çap xərci və kommunal xidmətlərə görə borclarımızı ödəyə bilmirik».

Rahim Hacıyev «Azadlıq» qəzetinin belə bir vəziyyətə düşməsini heç də təsadüf saymır.

«Əslində proseslər çoxdan başlayıb. Qəzet metrodan və səyyar satışdan çıxarılıb. Bundan başqa KİV-ə Dövlət Dəstəyi Fondu bizə maliyyə yardımını dayandırıb. Bütün bunlar sonda bir məqsədə xidmət edib. Bu səbəbdən avqustun 1-dən «Azadlıq» qəzeti satışda olmayacaq».

«Azadlıq» son dövrlər bir neçə dəfə belə problemlə üzləşib, amma son anda nəşriyyata olan borcun ödənilməsi ilə qəzetin çapının dayanmasına imkan verməyib.

Rahim Hacıyev deyir ki, bu dəfə belə bir imkandan məhrumdurlar.

«Biz iki aydır əməkdaşlarımızın maaş və qonorarını verə bilmirik, başqa bir çıxış yolumuz da yoxdur» deyə Rahim Hacıyev bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG