Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:03

Pelevinin yeni romanı çap edilir


Viktor Pelevin
Viktor Pelevin

-

Tanınmış rus yazıçısı Victor Pelevin-in yeni romanı sentyabrın 9-da çap ediləcək.

Roman "Любовь к трём цукербринам" adlanır.

Bu barədə, kitabı çap edən "Эксмо" nəşriyyatı xəbər yayıb.

70 min tirajla çap ediləcək kitab Pelevinin 16-cı romanıdır.

Romanın məzmunu haqda məlumat verilmir.

“Zukerbrin”in nə demək olduğu da bəlli deyil.

Postmodernist Pelevinin öz romanlarında məşhur adamların adlarına satirik yanaşıb yeni ifadələr düzəltməkdən xoşu gəldiyini nəzərə alsaq, güman etmək olar ki, bu, Amerikanın iki nəhəng müasir texnologiya şirkətinin - Facebook-un sahibi Mark Zuckerberg-lə Google-un həmtəsisçisi Sergey Brin-in “sintez”idir.

Nəşriyyat sentyabrdan Pelevinin 15 cildlik külliyyatını da çap etməyə başlayacaq.

Kitablara illüstrasiyanısa yazıçının fanatları çəkib.

Bunun üçün ayrıca sayt yaradılmışdı. 1500-dən çox rəssamın əsəri arasından 5 qalib seçilib. Onların hamısına yazıçının avtoqrafı ilə kitablar hədiyyə edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG