Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:55

Index Of Censorship: «Azərbaycanda 2 baxış var - biri prezidentin, biri vətəndaşın»- Mətbuat İcmalı


-

Britaniyada qərarlaşan Index of Censorship təşkilatı öz saytında yazır ki, Azərbaycanda ifadə azadlığına iki baxış var: biri prezidentin və onun ətrafının reallığa məhdud baxışıdır, bu baxış həm də prezidentin həqiqətə etinasızlığı ilə uzlaşır, digər baxış isə etinasız yanaşılan vətəndaşların baxışıdır, bu adamların həyatı maneələrlə doludur.

Azərbaycan prezidenti deyir ki, “ Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur. Burda media azaddır, internet azaddır”.

Ancaq Azərbaycan Dünya Mətbuat azadlığı indeksində 160-cıdır, Freedom House Mətbuat Azadlığı İndeksində 183-cüdür, Freedom Housun azadlıq hesabatında “qismən azad” ölkədir.

Hazırda Azərbaycanda azı 10 jurnalist həbsxanada uzunmüddətli həbsini çəkir. 5 bloqqer, 8 gənc fəal və vətəndaş cəmiyyəti təmsilçisi həbsdədir.Amnesty İnternational təşkilatının fikrincə, 2013-cü ildə Azərbaycanda azı 19 vicdan məhbusu var idi. İndi isə insan haqları müdafiəçisi Leyla Yunus həbs olunub.

Amnersty İnternational təşkilatı yaydığı press-relizində yazır ki, Azərbaycanda insan haqları fəallarının təqib olunması davam edir, hərçənd Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir və Avropa Şurasının üzvü kimi insan haqlarına hörmət etmək haqda öhdəlik götürüb.

Azərbaycanda sonuncu belə təqibə məruz qalan Leyla Yunusdur. Amnesty İnternationalın Azərbaycan üzrə təhlilçisi Natalia Nozadze deyir: “Leyla Yunus Azərbaycanda hələ də qalmış müstəqil səsdir. Onu uzun müddətdir ki, hökumət qorxutma və hədələrlə susdurmaq istəyirdi”.

Nozadze deyir ki, bu, baş tutmayanda ittihama və həbsə keçdilər. Təhlilçjnin fikrincə, Leyla Yunusu hökuməti tənqid etdiyinə görə cəzalandırırlar.

Məhkəmə bu yeni ittihamlarla Leyla Yunusa 3 aylıq həbs cəzası kəsib. Onun həyat yoldaşı Arif Yunusdan isə Bakını tərtk etməmək iltizamı alınıb.

Nozadze hesab erdir ki, Avropa Şurasının üzvü olan ölkələr Azərbaycan hakimiyyətindən onun öhdəliklərini soruşmalıdırlar.

Nozadze deyir ki, Azərbaycan hakimiyyətinin pozduğu insan haqları prinsiplərinin siyahısı isə uzundur.

XS
SM
MD
LG